VİDEO

Calut Monastırının fəryadı: Xarabalığı andıran məbədin bərpaya ehtiyacı var

Oğuz rayonu Calut kəndində yerləşən V-VI əsrlərə aid Calut alban monastırı gün keçdikcə daha da sökülür. Məbədin bu gün necə göründüyünü videomuzda izləyin.
Sputnik

Azərbaycanın müxtəlif rayonlarında alban məbədləri bu günə qədər gəlib çatıb. Bəziləri tam bərpa edilib və turistlər üçün açılıb, bəziləri isə hələ də öz aqibətini gözləyir.

Astaranın "Div evi"nin yalnız qalıqları günümüzə gəlib çatıb

Bu cür məbədlərdən biri də Oğuz rayonunun Calut kəndində yerləşən V-VI əsrlərə aid Calut monastırıdır. Bu rayonda nə az nə çox, altı alban məbədi yerləşir.

Tarixi abidədə bir əsas bina və iki köməkçi binanın xarabalıqları mövcuddur. Monastır artıq bir neçə ildir ki, xarabalığı andırır və bu məbəddə təmir işləri aparılmır. Divarları sökülür, damı çox pis vəziyyətdə...

Yerli sakinlər öz təşəbbüsü ilə monastır və onun ətrafında təmizlik işləri aparıblar. Turistlər bu yerlə çox maraqlanır, amma calutlular əmindir ki, bu tarixi abidə bərpa edilsə, kəndə gələn turistlərin də sayı xeyli artacaq.

Monastırın hal-hazırda nə vəziyyətdə olduğunu videomuzda izləyin.