BAKI, 17 yanvar — Sputnik. ABŞ-ın Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar Prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bununla Nümayəndələr Palatasının dövlət başçısının əleyhinə irəli sürdüyü ittihamların araşdırılması prosesinə start verilir. Burada senatorlar andlılar, konqresmenlər qrupu ittihamçılar, Roberts isə hakim qismində iştirak edəcəklər. Prezidentin suçlu olub-olmamasına senatorlar qərar verəcəklər.
Nümayəndələr Palatası dekabrda Trampa iki maddə üzrə impiçment irəli sürmüşdü: vəzifə səlahiyyətlərinin aşılması və Konqresin işinə maneə törətmək. Demokratlar işin Senata verilməsini uzadır, Senatda çoxluq təşkil edən respublikaçıların prosesin keçirilməsi barədə onların tələblərini qəbul etmələrinə çalışırdılar, ancaq respublikaçılar onların bu istəklərinə qarşılıq vermədilər. Hazırda onlar öz partiyalarından olan Trampı təmizə çıxarmaqda israrlıdırlar.
Tramp ABŞ tarixində impiçmentə məruz qalan üçüncü prezidentdir.