CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Test: "Don Kixot"u xatırlayarkən

İlk dəfə 1605-ci il yanvarın 17-də birinci hissəsi işıq üzü görən “Ağıllı zadəgan Don Kixot” kitabı bütün dövrlərin şah əsəri sayılır
Sputnik

Bir dəfə İspaniya kralı III Filip eyvanda istirahət edən zaman kitab oxuyan bir tələbənin dayanmadan qəhqəhə çəkdiyini görür. Kral əyanlarına deyir ki, ya o uşağın ağlı yerində deyil, ya da Migel de Servantesin romanını oxuyur. Əyanlar tələbənin yanına gedib öyrənirlər ki, o, doğrudan da məhz M.Servantesin “Ağıllı zadəgan Don Kixot” kitabını oxuyur. 

Hətta heç zaman bu kitabı əlinizə almasanız belə, əminik ki, onun nə barədə olduğundan xəbəriniz var: illüziyaların əsarətində yaşayan ağılsız, amma xeyirxah cəngavər və gombul silahdaşıyanı Sanço Pansanın məzəli macəraları və əlbəttə ki, zərb-məsələ çevrilən yel dəyirmanları ilə döyüş.

İlk dəfə 1605-ci il yanvarın 17-də birinci hissəsi işıq üzü görən “Ağıllı zadəgan Don Kixot” kitabı bütün dövrlərin şah əsəri sayılır. Sputnik Azərbaycan əyləncəli testi keçərək bu gözəl əsəri və onunla bağlı maraqlı məlumatları yenidən xatırlamağı sizə təklif edir.