SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkilliyinə namizədlər üçün 23 günlük marafona start verildi

Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər seçkiqabağı təşviqat apara bilərlər
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqat başlayıb.

Sputnik Azərbaycan bildirir ki, yanvarın 17-dən etibarən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər seçkiqabağı təşviqat apara bilərlər.

Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu il fevralın 9-na təyin edilib.