CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsas prospektdə sürət həddi endirildi

Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Bu gündən Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə maksimum sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib. 

Bakının bir sıra magistrallarında sürət həddi endirilib

Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət həddi müvafiq olaraq tənzimlənir. Belə ki, digər zolaqlar üzrə də sürət həddi 10 km/saat endirilib. İndiyədək Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından Mərdəkan şossesinə qədər) maksimum sürət həddi 120 km/saat olub.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib.