Nadir albinos delfinlər kameraya düşdü – VİDEO

Balıqçılardan biri telefonla ağ delfinləri çəkib. Videogörüntülərdə delfinlərin balıqçı qayığı yaxınlığında bir-biri ilə oynaması görünür
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Taylandın Songkhla əyalətinin şimalında balıqçılar nadir albinos delfinləri kameraya çəkiblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, balıqçılar qeyri-adi canlını yanvarın 12-də balıq torlarını çəkən zaman müşahidə ediblər.

Balıqçıların fikrincə delfinləri balıqların qoxusu özünə çəkib. Daha sonra balıqçılardan biri telefonla ağ delfinləri çəkib. Videogörüntülərdə delfinlərin balıqçı qayığı yaxınlığında bir-biri ilə oynaması görünür.

Albinos delfinlər melanin piqmenti çatışmazlığına görə ağ rəngdə olur.