BAKI, 16 yanvar — Sputnik. Dağıstanın Qızılyar şəhərində kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya çatdırılanların sayı 102-yə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, onların yarısı uşaqlardır.
Pasiyentlərin vəziyyəti yüngül və orta ağır kimi qiymətləndirilir. Xəstələr arasında həyati təhlükəsi olan yoxdur. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib.
Xatırladaq ki, ötən gün Qızılyar şəhərində 69 nəfər kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, infeksiyaya çiy su səbəb olub.
Dağıstan Səhiyyə Nazirliyi şəhər əhalisinə qaynanmış və qablaşdırılmış suları içməyi məsləhət görüb.