BAKI, 16 yanvar — Sputnik. Yasamal rayonu ərazisində yerləşən A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələlərinin kəsişdiyi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandıracaq.
Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, sabah səhər saatlarından etibarən köhnə Sovetski adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik veriliş xətlərinin və yeraltı kabel xətlərinin (elektrik enerjisi infrastrukturunun yenidən qurulması) yenilənməsi aparılacaq.