CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha olan hava proqnozu açıqlandı

Нanvarın 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 8-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, yanvarın 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.