CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olub

Bildirilib ki, bir qrup şəxs məntəqənin mühafizəçisinə hücum edərək, məntəqəyə maddi zərər veriblər.
Sputnik

BAKI, 16 yanvar - Sputnik. Gürcüstanın Kobuleti rayonunda “SOCAR Georgia Gas”ın qaz yanacaqdoldurma məntəqəsinə hücum olub.

APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bir qrup şəxs məntəqənin mühafizəçisinə hücum edərək, məntəqəyə maddi zərər veriblər.

Faktla bağlı Gürcüstan DİN tərəfindən quldurluq maddəsi ilə cinayət işi açılıb.