CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda müalicə ocağında ölüm hadisəsi - XƏSTƏXANADAN AÇIQLAMA

İnstitutdan öncə bu xəbərin necə tez yayılması heyrətlə qarşılanıb, daha sonra isə bildirilib ki, hazırda baş verənlərlə bağlı araşdırma aparılır
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ölüm hadisəsi qeydə alınıb. Məlumata görə, xəstəxanada müalicə alan Qəniyev Rəşad və Qafarov Azad ötən gün səhər saatlarında dünyalarını dəyişiblər.

Sputnik Azərbaycan hadisə ilə əlaqədar olaraq xəstəxanadan məlumat alıb. İnstitutdan öncə bu xəbərin necə tez yayılması heyrətlə qarşılanıb, daha sonra isə bildirilib ki, hazırda baş verənlərlə bağlı araşdırma aparılır. Araşdırma yekunlaşdıqdan sonra müəyyən məlumat veriləcəyi bildirilib.

Lakin hadisə, ölənlərlə bağlı digər detallar açıqlanmayıb.