TƏHLİL

Məşhur rusiyalı jurnalist Bakıdakı ustad dərslərindən danışdı

Rusiya televiziyasının jurnalisti Sergey Malozyomov deyir ki, bütün jurnalistlər auditoriyalarını yaxşı tanımalıdırlar
Sputnik

“SputnikPro layihəsi müxtəlif bölgələrin jurnalistlərini bir araya gətirir”. Bunu Rusiya televiziyasının jurnalisti Sergey Malozyomov Sputnik Azərbaycan-a bildirib.

“Bu layihə, sizdən minlərlə kilometr uzaqlıqdakı insanların yaşadıqları problemləri başa düşməyə yardım edir. Bugünkü master-klassda iştirakçılara bunu anlatmağa çalışıram. Hamı üçün ümumi bir qayda yoxdur. Bütün jurnalistlər auditoriyalarını yaxşı tanımalıdırlar. Bu təlimdə mən həmkarlarımla dialoq şəraitində fikirlərimi bölüşürəm və bundan çox məmnunam”, – deyə S.Malozyomov bildirib.

Qeyd edək ki, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro təlim proqramı çərçivəsində növbəti master-klass keçirilib. Master-klassı rusiyalı telejurnalist Sergey Malozyomov keçib.

“SputnikPro” layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından başlayaraq bu layihədə 2000-dən çox jurnalist və media meneceri, PR mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələr iştirak ediblər.