CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hesabat dövründə 5 bədbəxt hadisə

Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri daimi nəzarətdə saxlanılır və bu işin daha da gücləndirilməsi üçün tədbirlər davamlı olaraq həyata keçirilir
Sputnik

BAKI, 15 yanvar — Sputnik. "Əməyin mühafizəsi və Texniki təhlükəsizliklə bağlı məqsədyönlü tədbirlərin il boyu həyata keçirilməsinə baxmayaraq, 2019-cu il ərzində Agentlik üzrə istehsalatla bağlı "7 №-li Magistral Yolların İstismarı" MMC-də, "46 №-li Yol İstismarı" MMC-də, "3 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-də, "4 №-li Magistral Yolların İstismarı" MMC-də 4 nəfər işçinin ölümü və 1 nəfərin zədələnməsi ilə nəticələnən 5 bədbəxt hadisə qeydə alınıb".

Yol tikənlər dörd rayonu qazsız qoydular

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qeyd edilən hadisələr qanunvericiliklə müəyyən olunmuş qaydada MMC-nin nümayəndələrinin iştirakı ilə Dövlət Əmək Müfəttişliyi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən araşdırılaraq sənədləşdirilib, qeydə alınıb, səbəb və nəticələri tədqiq edilərək zəruri tədbirlər görülüb. Hadisələr həmçinin hüquq-mühafizə orqanları tərəfindən də araşdırılıb və hüquqi qiymət verilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə "Qala Həyat" Sığorta Şirkəti ASC ilə müqavilə bağlanıb və müqavilə şərtlərinə əməl edilir.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri daimi nəzarətdə saxlanılır və bu işin daha da gücləndirilməsi üçün tədbirlər davamlı olaraq həyata keçirilir.