RUSİYA

Azərbaycanla sərhəddə təhlükə: 75 nəfər bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib

Qeyd olunur ki, iki böyük və bir uşaq artıq xəstəxanadan buraxılıb. Hazırda xəstəxanada olan 72 nəfərdən 39-u uşaqlardır.
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Dağıstanın Qızılyar şəhərində əksəriyyəti uşaqlar olan 75 nəfər bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Rusiya mediası Qızılyarın Mərkəzi Şəhər Xəstəxanasındakı mənbəyə istinadən yayıb.

Qeyd olunur ki, iki böyük və bir uşaq artıq xəstəxanadan buraxılıb. Hazırda xəstəxanada olan 72 nəfərdən 39-u uşaqlardır.

Lakin Dağıstan Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, hazırda Qızılyar şəhər xəstəxanasında 69 nəfər "kəskin bağırsaq infeksiyası" diaqnozu ilə müalicə alır.