RUSİYA

Böyük Vətən Müharibəsinin həqiqətlərinin qorunmasına ehtiyac var – Putin

"Əgər yalan bir infeksiya kimi bütün dünyaya yayılsa, biz uşaqlarımıza nə deyəcəyik? Həyasızcasına deyilən yalana və tarixi yenidən yazmaq cəhdlərinə qarşı biz faktlarla mübarizə aparmalıyıq" - Rusiya prezidenti
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Rusiya Böyük Vətən Müharibəsi ilə bağlı həqiqətləri qoruyub saxlamağa və tarixini saxtalaşdırmaq cəhdlərinə qarşı durmağa borcludur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

"Rusiya üçün 9 May ən böyük və müqəddəs bayramdır... Bizim yaddaşımız nəinki tarixi keçmişimizə hörmətdir, o həm də bizim gələcəyimizə xidmət edir, bizim birliyimizi möhkəmləndirir. Biz Qələbə haqqında həqiqəti qorumalıyıq. Əgər yalan bir infeksiya kimi bütün dünyaya yayılsa, biz uşaqlarımıza nə deyəcəyik? Həyasızcasına deyilən yalana və tarixi yenidən yazmaq cəhdlərinə qarşı biz faktlarla mübarizə aparmalıyıq", - deyə Putin vurğulayıb.

O, həmçinin əlavə edib ki, Rusiyada İkinci Dünya müharibəsi ilə bağlı arxiv sənədlər kompleksi yaradılacaq.