CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balakəndə qəribə heyvan skeleti tapılıb - FOTO

Balakəndə zirzəmidə aşkar edilən naməlum heyvan skeletinə hələlik heç bir mütəxəssis baxış keçirməyib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Balakən rayon sakini Musa Əhməyevin həyətindəki köhnə tikilinin zirzəmi hissəsində qəribə heyvan skeleti tapılıb.

Balakəndə qəribə heyvan skeleti tapılıb - FOTO

Bu barədə Sputnik Azərbaycan-a danışan rayon sakini bildirib: "Atam 40 il meşəbəyi olub, heyvanları çox yaxşı tanıyıram. Ancaq belə heyvan görməmişik. Aşkar edilən naməlum heyvan skeletinə hələlik heç bir mütəxəssis baxış keçirməyib".