BAKI, 15 yanvar — Sputnik. Rusiya lideri Vladimir Putin prezidentlik müddətlərinin sayının məhdudlaşdırılmasını prinsipial məsələ hesab etmədiyini, amma bununla razı olduğunu deyib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Putin bunu Federal Məclisə müraciətində bildirib.
"Bu məsələnin prinsipial olduğunu düşünmürəm, amma bununla razıyam", - Rusiya prezidenti deyib.
2019-cu il dekabrın sonunda, böyük mətbuat konfransı zamanı RİA Novosti-nin sualını cavablandırarkən Vladimir Putin deyib ki, Rusiya Konstitusiyasının prezidentlik müddətlərinə dair maddəsində "ardıcıl olaraq" ifadəsi ləğv edilə bilər.
Rusiya Konstitusiyasının 81-ci maddəsinin 3-cü bəndinə əsasən, eyni şəxs ardıcıl olaraq iki müddətdən çox Rusiya Federasiyasının prezidenti vəzifəsini tuta bilməz.