BAKI, 14 yanvar — Sputnik. Türkiyənin İzmir şəhər Prokurorluğu FETÖ terror təşkilatı ilə bağlılığı olan 176 zabitin saxlanılmasına dair qərar verib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən zabitlərin saxlanılması üzrə əməliyyat Türkiyənin 49 vilayətində keçirilir. Saxlanılan şəxslərdən 108-i leytenant və baş leytenantdır. Saxlanılan şəxslər arasında "F-16" qırıcısının 16 pilotu da var.
Hazırda əməliyyat nəticəsində 115 nəfərin tutulduğu bildirilir.