RUSİYA

“RT” agentliyi genişmiqyaslı #QələbəSəhifələri layihəsini təqdim edir

#QələbəSəhifələri layihəsi beş sosial şəbəkə platformasında İkinci Dünya Müharibəsinin tarixi haqqında məlumat verəcək
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Gənclər tərəfindən gənclər üçün yaradılmış #QələbəSəhifələri layihəsi İkinci Dünya Müharibəsinin tarixini yeni media və rəqəmsal incəsənət (digital art) prizmasından izah edəcək. Hər birinin özünəməxsus məzmunu olan beş platforma 75 ildən sonra bu günədək həyatımızı müəyyənləşdirən tarixin ən ağır məqamlarından biri haqqında məlumatlanmaq və onu hiss etmək imkanını verəcək. Beləliklə, başlayırıq.

“RT” agentliyi genişmiqyaslı #QələbəSəhifələri layihəsini təqdim edir

"Gənc rəssamlardan, dizaynerlərdən, illüstratorlardan, bəstəkarlardan, rejissorlardan ibarət unikal bir yaradıcı kollektiv toplaya bildik. Rəqəmsal incəsənət gənc nəslin başa düşdüyü müasir və universal bir dildir. Buna görə də düşündük ki, ən dəhşətli müharibələrdən birinin bitməsinin 75 illiyi münasibətilə Böyük Vətən Müharibəsinin irsi haqqında müasir medianın dilində danışmağa cəhd göstərmək vacibdir və lazımdır. #QələbəSəhifələri insanların emosional hekayələridir, bir ithaf layihəsidir, bu layihənin müəlliflərinin hər biri ona özünün bir parçasını bəxş edib", - ideyanın müəllifi Kiril Karnoviç-Valua deyib.

#QələbəSəhifələri beş sosial şəbəkə platformasında yayımlanacaq: "Twitter", "Instagram", "Facebook", "VKontakte" və "YouTube".

#QələbəTvitləri

"Twitter"də 1945-ci ilin son aylarının tarixi "real vaxt" rejimində yenidən yaşanacaq – həmin hadisələrin iştirakçılarının, o cümlədən Qırmızı Ordunun cəbhə komandirlərinin, eləcə də strukturların və media vasitələrinin sanki öz mikrobloqlarını apardıqları təəssüratı yaranacaq.

#QələbəMəktubları

"Instagram"da yüzlərlə müharibə məktubunun sətirləri "Sonsuz məktub"a çevriləcək. Bu layihə üçün şəkillər Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Dizayn Məktəbinin tələbələri, eləcə də məşhur sənətkarlar Mixail Sorkin və Pyotr Bankov tərəfindən çəkilib.

#QələbəEkspozisiyası

"Facebook"da Böyük Vətən Müharibəsi rəqəmsal incəsənət (digital art) sahəsində çalışan sənətkarların gözü ilə təqdim olunacaq. Biz VR, 3D, rəngləmə və digər yeniliklərin köməyi ilə o dövrün fotoşəkillərinə, plakatlarına və rəsmlərinə yeni həyat verəcəyik.

#QələbəSəsi

Anya Fedorova özünün müəllif podkastlarında Böyük Vətən Müharibəsinin irsini müxtəlif peşələrin, əsasən də yaradıcı peşələrin sahibləri olan qonaqlarla müzakirə edəcək. Musiqiçi Maksim Makarıçev ("On-The-Go, Sirotkin") unikal bir musiqi aranjimanı yazacaq. Növbəti podkastlarda əfsanəvi telejurnalist Vladimir Molçanov, mədəniyyət üzrə mütəxəssis Meqan Virtanen və "Oda Mae" layihəsinin yaradıcısı Mariya Krıjanovskaya qonaq olacaqlar. Podkastlar "VKontakte" də daxil olmaqla bir neçə platformada təqdim ediləcək.

#QələbəƏlifbası

"Qələbə Əlifbası: Brestdən Reyxstaqadək" sənədli filmi 1945-ci ildə Sovet ordusunun yolu ilə gedəcək. Müəlliflər tarixi yenidən canlandıraraq müharibə təcrübəsindən sülhə doğru addamağın mümkün olub-olmadığı sualına cavab vermək istəyirlər. Bu layihəni "YouTube"da izləyin.

Bu və digər platformalar haqqında yanvar ayında dərc olunacaq materiallarımızda daha ətraflı məlumat verəcəyik.

2019-cu ilin iyununda, #QələbəSəhifələri layihəsinin başlaması ərəfəsində #1917LIVE və #Romanovs100 kimi layihələrinin müəllifi olmuş komanda "May" adlı şrifti təqdim edib. Bu şrift sovet əsgərlərinin 1945-ci ilin yazında Reyxstaqın divarlarında yazdığı qeydlərdən ilhamlanaraq yaradılıb. Bu "canlı" şrifti buradan yükləyə bilərsiniz. #QələbəSəhifələri layihəsini "YouTube", "Facebook", "VK", "Instagram" və "Twitter"də izləyin.