SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran Ukrayna təyyarəsini niyə vurdu – politoloq danışır

Politoloq Arzu Nağıyev deyir ki, İranın hərbi hava qüvvələri baş verən proseslərə tam nəzarət edə bilmədi
Sputnik

“Həyəcan siqnalının verildiyi vaxtda hərbi hava qüvvələrinin bu səhvi böyük biabırçılıqdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, İran hava qüvvələri proseslərə tam nəzarət edə bilmədi: “Amma bu hadisənin sakit şəkildə unudulacağını düşünmürəm. Beynəlxalq ictimaiyyət bu hadisəyə görə İranı qınayır. O cümlədən İranın daxilində də artıq tələbə iğtişaşları baş qaldırır. İran istintaqın davam etdirilməsində maraqlı olmalıdır”.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz