HADİSƏ

Balakəndə üçüncü sinif şagirdi komaya düşərək ölüb

Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Balakəndə məktəbli ölüb.

Nərminin ölümü ilə bağlı dəhşətli təfərrüat: Dırnaqları kəsilib, başına...

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem vurulub. Sistem köçürüldükdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. T. Mahatovun vəziyyəti pisləşdiyi üçün onu təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı T. Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da ölüb.

Qeyd edək ki, T. Mahatov 3-cü sinif şagirdi olub.