İlk "Miss Amerika" müsabiqəsi 1921-ci ildə Atlantik Siti şəhərində keçirilib. Maraqlıdır ki, o zaman yarışma "Atlantik Sitinin Gözəli" adlanırdı və turistləri cəlb etmək məqsədilə təşkil edilmişdi. Lakin növbəti il onun adı "Miss Amerika"ya dəyişdirildi və sonradan bu yarışma ən gözəl qadın adı uğrunda Şimali Amerikanın ən məşhur müsabiqəsinə çevrildi.
Müsabiqənin yüzillik tarixi ərzində çox şey dəyişib – tədbirin formatı, iştirakçıların sayı, hətta gözəllik standartları da. Lakin yalnız bir şey dəyişməz qalıb – müsabiqə qaliblərinin yaşadığı əsl duyğular.