Bu teatrın ən gözəl xüsusiyyətlərindən biri odur ki, buradakı tamaşaların hamısı uşaqlar tərəfindən oynanılır. Bu dəfə də uşaqlar bizi qış nağılına qərq etdilər. Balaca aktyorlar müxtəlif dillərdə mahnılar ifa edib, müxtəlif janrlarda rəqslər səhnələşdirib və kiçik dramatik səhnələr, şeirlər və çıxışlar hazırlayıblar. Onların köməyinə isə hər kəsin uşaqlıqdan sevdiyi personajlar gəlib.
“Günay” teatr studiyası artıq 2003-cü ildən Larisa Tarusovanın rəhbərliyi altında fəaliyyət göstərir. Teatrın xaricdə ilk çıxışı Moskvada 2008-ci ildə olub.