CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi valideynlərə bir az da yaxın oldu

Qeyd edək ki, Təhsil Nazirliyinin "Facebook", "Twitter", "Instagram" və "Youtube" sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi "Telegram" kanalı (@edugovaz) istifadəyə verilir. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib. Bildirilib ki, kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

"Telegram" tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin "Facebook", "Twitter", "Instagram" və "Youtube" sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.