Ekipaj üzvü təyyarədən yıxıldı

"Otkes"in nümayəndəsi Yanne Kotiranta əlavə edib ki, təyyarə "Finnair" aviaşirkətinə məxsusdur, amma yaralanan adamın xəsarətlərinin xarakterini açıqlamayıb
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Finlandiyada qəribə hadisə olub. "A320" təyyarəsinin heyət üzvü Helsinkinin Vantaa aeroportunda təyyarədən yıxılıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Nəqliyyatda Bədbəxt Hadisələrin İstintaqı Bürosunun ("Otkes") yaydığı məlumatda deyilir.

""Otkes" Vantaa aeroportunda yanvarın 13-də baş verən insidentin ilkin araşdırılmasına başlayıb. Hadisə ciddidir. "A320"nin heyət üzvü parklanmış təyyarədən yıxılaraq xəsarətlər alıb", - məlumatda qeyd olunub.

Qurumun nümayəndəsi Yanne Kotiranta əlavə edib ki, təyyarə "Finnair" aviaşirkətinə məxsusdur, amma yaralanan adamın xəsarətlərinin xarakterini açıqlamayıb.

Hadisə baş verərkən təyyarədə sərnişin olmayıb. Göyərtədə ancaq personal qalıbmış.