CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Youtube" Azərbaycandan ilk onu seçdi

"Uğurlarımıza sevinən hər kəsi təbrik və təşəkkür edirəm. Azərbaycana ilk dəfə "Youtube"dan "Qızıl buton" gəldi. Uğurlarımızın davamı gəlsin. Həqiqət bizimlə olsun" - Üzeyir Mehtizadə
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Məşhur "Youtube" sosial şəbəkəsi müğənni Üzeyir Mehdizadəyə "Qızıl buton" göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb sənətçinin "Youtube"da izləyicilərinin sayının 1 milyonu ötməsi olub. Azərbaycanda ilk dəfə sözügedən mükafatı alan şəxs məhz Üzeyir olub.

Bu haqda müğənni öz "Instagram" profilində paylaşım edib: "Uğurlarımıza sevinən hər kəsi təbrik və təşəkkür edirəm. Azərbaycana ilk dəfə "Youtube"dan "Qızıl buton" gəldi. Uğurlarımızın davamı gəlsin. Həqiqət bizimlə olsun", -  deyə sənətçi bildirib.

Qeyd edək ki, Üzeyir Mehdizadənin 2014-cü ildə ifa etdiyi "Yaxşı olar" mahnısı sosial şəbəkədə qısa müddətdə 110 milyondan artıq baxış sayı toplayıb.