Daha bir marşrut kart sisteminə keçir

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, artıq 38 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart"-la ödənilməkdədir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Nağdsız ödəniş sisteminə keçəcək növbəti marşrut xətti üzrə avtobuslar müəyyənləşib. Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) daxil olan məlumatda bildirilib ki, növbədə 46 nömrəli müntəməz marşrut xətti üzrə avtobuslardır.

Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, artıq 38 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart"-la ödənilməkdədir: ""BakıKart"a inteqrasiya davam etdirilir".