CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt sakinindən borclu olduğu mağaza sahibinə ağlasığmaz "təşəkkür"

İlkin məlumata görə, Abbas adlı şəxsin mağaza sahibinə 4000 manat borcu var. O, borcunu qaytara bilmədiyindən bu üsula əl atıb
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Sumqayıtda mağazanı yandırmaq istəyən şəxs saxlanılıb.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib.

Abbas adlı (soyadı dəqiqləşdirilir - red.) şəhər sakini mağazaya yaxınlaşaraq əlindəki benzinlə oranı yandıracağını bildirib. Şahidlərin sözlərinə görə, o, ətrafa benzin töküb. Bundan sonra obyektə od vurmaq istəyib. Lakin yaxınlıqda olan mağaza sahibi onun bu cəhdinin qarşısını alıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat verilib. Əraziyə gələn post patrul xidmətinin əməkdaşları mağazanı yandırmaq istəyən şəxsi yerdə uzanmış vəziyyətdə aşkarlayıblar. Araşdırma zamanı məlum olub ki, o, məsuliyyətdən yayınmaq üçün özünü bu hala salıb. Saxlanılan şəxs Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılaraq müayinədən keçirilib və bundan sonra polis tərəfindən izahatı alınıb.

İlkin məlumata görə, Abbas adlı şəxsin mağaza sahibinə 4000 manat borcu var. O, borcunu qaytara bilmədiyindən bu üsula əl atıb. Faktla bağlı araşdırma aparılır.