Mərkəzi Seçki Komissiyası bu il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.
Seçki eksperti Məhərrəm Zülfüqarlı Sputnik Azərbaycan-a deyir ki, seçki prosesinin birinci mərhələsinin monitorinqini aparıblar: “Apardığımız müşahidələr nəticəsində ciddi qarşıdurma və narazılıq halları ilə qarşılaşmadıq. MSK bəzi dairə komissiyalarında namizədlik üçün sənəd təqdim etmiş şəxslərə yaradılan əngəllərə baxmayaraq onları müdafiə edib”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz