BAKI, 12 yanvar — Sputnik. Əfqanıstanın qərbində və cənubunda güclü qar və yağış yağması səbəbindən evlərin damları uçaraq 16 insanın ölümünə bais olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə yerli "1TV" telekanalı məlumat yayıb.
Hadisələr qərbdəki Herat və cənubdakı Qəndəhar əyalətlərində baş verib. Arasında qadın və uşaqların olduğu 6 nəfər Heratdakı Əncil mahalında, iki nəfər Adraskan mahalında həlak olub.
"Tolo News" telekanalı "Twitter"də Heratın şəklini paylaşaraq güclü qar yağdığını qeyd edib.
Bundan əlavə, "1TV" bildirib ki, pis hava şəraiti nəticəsində Qəndəharda damlar uçub, 8 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.