Avropa şəhəri ən pislərin siyahısında birincidir

Şəhər hökuməti həyəcan rejimi elan edib. Sakinlərə pəncərələri açmamaq və küçədə qoruyucu maska ilə gəzmək tövsiyə olunub. Həmçinin nəqliyyatın hərəkətinə də məhdudiyyətlər qoyulub
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyanın havası ən çirkli olan şəhəridir. O, AQİ beynəlxalq reytinqində Banqladeşin paytaxtı Dəkkəni geridə qoyub.

Birinci yerdə durmayan problem cibimizi də, ciyərimizi də sökür: benzinə diqqət edin

Sputnik Azərbaycan bildirir ki, bu barədə REN TV-nin məlumatında deyilir.

Yanvarın əvvəlində Sarayevoda hava keyfiyyətinin indeksi 236 olub. Bu göstərici "sağlamlıq üçün çox təhlükəlidir" qiymətinə müvafiqdir.

Sarayevo hökuməti şəhərdə həyəcan rejimi elan edib. Sakinlərə pəncərələri açmamaq və küçədə qoruyucu maska ilə gəzmək tövsiyə olunub. Həmçinin nəqliyyatın hərəkətinə də məhdudiyyətlər qoyulub.

Sarayevoda havanın çirklənməsinə əsasən avtomobillər və yaşayış məskənlərinin qeyri-effektiv isidilməsi metodu səbəb olur: burada 146 min ev odun yandırılaraq qızdırılır. Bundan başqa, Bosniya və Herseqovinada yanacaq tullantısı olan qazlara nəzarət yoxdur və enerjinin sertifikatlaşdırılması da aparılmayıb.

2019-cu ilin noyabrında alimlər çirkli havanın bütün dünyada insan ölümlərinə səbəb olan risk faktorları arasında beşinci yeri tutduğunu bildirmişdilər. O, demoqrafiyaya mənfi təsir edir, əmək qabiliyyətini aşağı salır və ömrü gödəldir.