CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailə qəzaya düşdü: yaralılardan biri uşaqdır

Yaralılardan ikisi qadın, biri isə uşaqdır. Xəsarət alanların soyadları fərqli olsa da, hamısının bir ailənin üzvləri olduğu deyilir
Sputnik

BAKI, 12 yanvar — Sputnik. Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 7 yaşlı Mustafayev Həsən Elxan oğlu, 50 yaşlı Şirinova Təzəgül Əlif qızı və 55 yaşlı Hacıyeva Fatma Firuz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.