İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatının 2020-ci ildə hansı strateji hədəfləri olacaq – professor rəyi

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, pul-kredit seqmenti və bank sektorunun real sektoru maliyyəşləşdirməməsi ilə bağlı problem qalmaqdadır
Sputnik

“Geridə qoyduğumuz 2019-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu və əlamətdar oldu”. Bunu 2019-cu ildə Azərbaycan iqtisadiyyatında baş verənləri Sputnik Azərbaycan-a açıqlayarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, sosial sahədə aparılan islahatlar və bu seqmentin prioritetdə olması bu ili yaddaqalan etdi:

“İqtisadiyyatın ağardılması və vergi islahatları nəticəsində 1 milyard manata yaxın vəsaitin büdcəyə daxil olması təmin edildi. Eyni zamanda aparılan institusional islahatlar yaddaqalan hadisələrdən oldu. Bununla belə, pul-kredit seqmenti və bank sektorunun real sektoru maliyyəşləşdirməməsi ilə bağlı problem qalmaqdadır. Bu isə investisiyaların azalmasına şərait yaradan əsas amillərdəndir. Dayanıqlı investisiya artımı olmadan hər hansı qabaqlayıcı iqtisadi artımdan danışmaq olmaz”.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı son 5 ildə ilk dəfə 2%-i ötüb, qeyri-neft ÜDM-in artımı isə 3,5% təşkil edərək dünya üzrə iqtisadi artım tempindən çox olub.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz