BAKI, 11 yanvar — Sputnik. "Twitter" sosial şəbəkəsi İranın dini lideri Əli Xameneinin ingilis dilində paylaşımlar etdiyi səhifəsini bağlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Diqqət: Bu hesabın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - deyə Xameneinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Bu arada İran dini liderinin fars, fransız və ərəb dillərində olan səhifələri bloklanmayıb.