BAKI, 11 yanvar — Sputnik. Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarına yeni geyim forması təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, geyim forması daha müasir və üzərində işıqqaytarıcı xətlərlə dizayn edilib. YPX əməkdaşları yaxın günlərdə yeni geyim formasında xidmət aparacaqlar.
Xatırladaq ki, YPX əməkdaşlarının geyim forması ötən il dəyişdirilmişdi.