Köpək balıqları futbolçunu yedi

22 yaşlı idmançı sürüşərək uçurumdan suya yıxılıb və ardından su onu açıq dənizə aparıb. Dənizdə isə ona köpək balıqları hücum edib
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Amerikanın "Qatinq Bronkos" futbol klubunun alman oyunçusu Erik Birigitti Avstraliyada dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 22 yaşlı idmançı sürüşərək uçurumdan suya yıxılıb və ardından su onu açıq dənizə aparıb. Dənizdə isə ona köpək balıqları hücum edib. İdmançı aldığı yaralardan ölüb.

Futbol klubun rəhbərliyi idmançının doğmalarına və yaxınlarına başsağlığı verib.