Avstraliya az qala məhv olacaq – Yanğın genişlənir

Alimlərin fikrincə, bir neçə cins heyvan tamamilə məhv olub. Ölkənin simvolu sayılan koalaların isə yarıdan çoxu yanıb
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Avstraliyada 3 yanğın mənbəsi birləşərək böyük bir yanğına gətirib çıxarıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, yanğın 300 hektarlıq ərazini əhatə edir. Ərazidən insanlar təxliyə edilib.

Avstraliyadakı vəziyyəti ekspertlər fəlakət adlandırıb. Belə ki, son ayda baş verən yanğınlar zamanı milyon hektarla meşə əraziləri külə dönüb. Yanğınlar zamanı 27 nəfər və milyardlarla heyvan ölüb.

Yanğın zamanı 2000-dən çox ev yanaraq kül olub. Yanmış meşələrə baxış zamanı milyardlarla yanaraq məhv olmuş heyvan cəsədi aşkarlanıb. Alimlərin fikrincə, bir neçə cins heyvan tamamilə məhv olub. Ölkənin simvolu sayılan koalaların isə yarıdan çoxu yanıb. Koalalar asta hərəkət edən heyvan olduğu üçün onların yanğından qaçıb, qurtulmaq şansı yoxdur. Onları ancaq insanlar xilas edə bilir.

Yanğınlar bir neçə aydır davam edib. Yanğının tüstüsü və dumanı hətta Amerika sahillərinə kimi çatıb.