“Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib”. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov Sputnik Azərbaycan-a deyir ki, Bakı şəhəri amfiteatr relyefinə malikdir və yamaclarda bucaqların artması sürüşmə zonalarının yaranması üçün əlverişli şərait yaradır:
“Bu yerlərdə hər hansı infrastruktur şəbəkəsini yaratmaq üçün onun texniki-iqtisadi əsaslandırması verilməlidir. Əfsuslar olsun ki, 90-cı illərin əvvəlində burada texniki-iqtisadi əsaslnadırma işləri ya aparılmayıb, ya da başdan sovdu edilib. Su axınlarının qarşısını beton sipərlər saxlaya bilməz. Biz bunu Bayılda baş verən sürüşmə zamanı gördük. Sürüşmə zonalarında torpaq altından drenaj sistemləri qurulmalıdır. Qrunt sularının qarşısını beton divarlarla bağlamaqla məsələ həll edilmir”.
Professor Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz