İQTİSADİYYAT

Professor ABŞ-İran gərginliyinin dünya iqtisadiyyatına mümkün təsirlərini açıqladı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, neftin qiymətindəki artımlar qısamüddətli olaraq ixracatçılar üçün dividendlər verə bilər
Sputnik

ABŞ və İran arasındakı gərginliyin davam etməsi böyük iqtisadi və maliyyə şoklarına səbəb ola bilər. Bunu “Moody's” beynəlxalq reytinq agentliyinin analitiki Aleksandr Perjessi deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ABŞ-İran gərginliyi dünya iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər:

“Neftin qiymətindəki artımlar qısamüddətli olaraq ixracatçılar üçün dividendlər verə bilər, ancaq dünya iqtisadiyyatındakı artım dinamikası xeyli dərəcədə zəifləyə bilər. Hazırkı məqamda dünya iqtisadiyyatının maliyyə seqmentinin vəziyyəti mürəkkəbdir. ABŞ-ın da müharibə şəraitinə keçməsi qeyri-müəyyənliklərin və iqtisadi kataklizmlərin inkişaf etməsinə şərait yarada bilər”.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın hava hücumu nəticəsində Qasım Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz