BAKI, 10 yanvar — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hülusi Akar və Milli Təhlükəsizlik Təşkilatının (MİT) sədri Hakan Fidan Rusiyaya səfər edəcəklər. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, səfər yanvarın 13-ü gerçəkləşəcək.
Qeyd olunur ki, türkiyəli rəsmilər Moskvada bir sıra görüşlər keçirəcəklər.