HADİSƏ

Sürücünü cərəyan öldürdü

Ə.Nurəddinov yüklədiyi çınqılın üzərini örtmək istədikdə elektrik xəttinə toxunub və yerindəcə dünyasını dəyişib
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. 34 yaşlı kişi ehtiyatsızlığı üzündən dünyasını dəyişib. Hadisə Quba rayonunda baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, yük avtomobilinin sürücüsü bədbəxt hadisənin qurbanı olub. Şabran rayon sakini, 1986-cı il təvəllüdlü Əfqan Nurəddinov idarə etdiyi "Shacman" markalı yük maşınını bilmədən yüksək gərginlikli elektrik xəttinin altında saxlayıb. Ə.Nurəddinov yüklədiyi çınqılın üzərini örtmək istədikdə elektrik xəttinə toxunub və yerindəcə dünyasını dəyişib.

Mərhumun meyiti tibbi-ekspertiza olunduqdan sonra ailəsinə təhvil verilib.

Hadisə ilə bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb.