BAKI, 10 yanvar — Sputnik. Sinqapur, Oslo və Sürix dünyanın ən ağıllı (texnoloji cəhətdən) şəhərlərinin reytinqində ilk yeri tutub.
Sputnik Azərbaycan bildirir ki, bu, Dünya Rəqabətqabiliyyətlilik Mərkəzinin (IMD) Smart City Rəsədxanası və Sinqapur Texnologiya və Dizayn Universitetinin birgə araşdırması ilə təsbit edilib.
Bu siyahıdakı onluqda Cenevrə, Kopenhagen, Oklend, Taybey, Helsinki, Bilbao və Düsseldorf da yer alıb. Hesablamalarda əsasən səhiyyə, vətəndaşların təhlükəsizliyinin təminatı, mobillik (nəqliyyatın əlçatanlığı), ictimai aktivlik, imkanlar və şəhərin idarəedilməsi kimi göstəricilər nəzərə alınıb.
Yaxın qonşularımızdan Moskvanın 72-ci, Ankaranın 74-cü pillədə qərarlaşdığı siyahıda Bakının adı, təəssüf ki, yoxdur.