CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı bazarında faciə

Rüstəmov Tural Rafiq oğlu bazarda balıq satarkən ehtiyatsızlıqdan yıxılıb. Bu zaman onun boğazına bıçaq batıb
Sputnik

BAKI, 10 yanvar — Sputnik. Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində yerləşən bazarda qeydə alınıb.

1986-cı il təvəllüdlü Rüstəmov Tural Rafiq oğlu bazarda balıq satarkən ehtiyatsızlıqdan yıxılıb. Bu zaman onun boğazına bıçaq batıb. Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb.