HADİSƏ

Bakıda ağır faciə: Əcnəbi tələbələr tüstüdən boğularaq ölüblər

Şri-Lanka vətəndaşları olan qızların Bakıda fəaliyyət göstərən "Western Caspian" Universitetinin tələbələri olduğu bildirilir
Sputnik

BAKI, 10 yanvar – Sputnik. Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb.

Sputni Azərbaycan APA-ya istinadla xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60, mənzil 9 ünvanında baş verib.

Zəhərlənməyə səbəb olan saxta içkilərlə bağlı 14 nəfər həbs edilib

Səbail RPİ-dən verilən məlumata görə, yanğın çamadandan başlayıb. Elektrik qısaqapanması nəticəsində çamadan yanıb və yatmış vəziyyətdə olan üç nəfər Şri-Lanka vətəndaşları tüstüdən boğularaq ölüb. Ölənlər 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.

Şri-Lanka vətəndaşları olan qızların Bakıda fəaliyyət göstərən "Western Caspian" Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Qeyd edək ki, yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı pəncərəni sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.

Hazırda hadisə yerində polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin FHN-in yanğınsöndürənləri araşdırma aparır.