BAKI, 10 yanvar — Sputnik. Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.
Seçki təşviqatını yalnız bu yerlərdə apara biləcəksiniz - SİYAHI
© © Central Election Comission of the Republic of Azerbaijan
Qeyd: 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Naxçıvan Muxtar Respublikası üzrə müəyyən edilmiş açıq və qapalı yerlər Naxçıvan Muxtar Respublikasının KİV-ində dərc olunub.