CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lətifə Soyuöz bu dəfə "Sınağ"a çəkildi

"Üç ildir ssenari ətrafında düşünürük. Ən az 20-25 dəfə dəyişiklik edilib. Çəkilişlərimiz 5 gün davam etdi və yanvarın 1-də Anar klipi mənə nümayiş etdirdi. Yeni ilə "Sınaq"la başladım"
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Müğənni Lətifə Soyuöz 3 illik fasilədən sonra yenidən kamera qarşısına keçib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi "Sınaq" adlı mahnısını ekranlaşdırıb. Klipin rejissoru Anar Hüseynovdur. Yüngül əxlaqlı qadınlar, xəyanət klipin süjet xəttinin əsasını təşkil edir.

Lətifə yeni işi ilə bağlı media nümayəndələri ilə görüşüb. Gecədə çıxış edən ifaçı ekran işi ilə bağlı məlumatları bölüşüb:

"Üç ildir ssenari ətrafında düşünürük. Ən az 20-25 dəfə dəyişiklik edilib. Çəkilişlərimiz 5 gün davam etdi və yanvarın 1-də Anar klipi mənə nümayiş etdirdi. Yeni ilə "Sınaq"la başladım. Bir çox insanlar həyatımızda sınaqdan keçiblər. Bəziləri isə yox... Anar Hüseynov məni anlayır. Ona görə də, artıq neçənci klipdir ona həvalə edirəm".

Qeyd edək ki, Lətifə Soyuözün rok opera janrında olan "Hədəf", "Çanta" klipləri tamaşaçıların marağına səbəb olmuşdu.