CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meteohəssas insanlara bəd xəbər

Sabah Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir
Sputnik

BAKI, 9 yanvar — Sputnik.Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sabah Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.