CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqların da öz Məclisi olacaq

Komitə Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edir
Sputnik

BAKI, 9 yanvar — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elanı ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə "Uşaq Səfirlər Məclisi"nin yaradılmasını elan edib.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Komitə Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edir.

Məclis üçün ilkin qeydiyyat (http://scfwca.gov.az/page/usaq-sefirler-meclisi) və növbəti mərhələlər haqqında ətraflı məlumatı buradan ala bilərsiniz.