BAKI, 9 yanvar — Sputnik. İraq rəhbərliyi "S-300" zenit-raket komplekslərinin alınması ilə bağlı Rusiya ilə danışıqlara geri qayıdıb. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu İraq Parlamentinin müdafiə və təhlükəsizlik üzrə komitəsinin rəhbəri Məhəmməd Rida bildirib.
O bildirib ki, bu sistemlərə ehtiyacın olmasını bir neçə ay əvvəl "Əl-Haşd əş-Şaabi" şiə qruplaşmasının bazalarına edilən hücumlar göstərib. Lakin mümkün satınalma ilə bağlı danışıqlar yalnız indi bərpa olunub.
Məhəmməd Rida bildirib ki, ölkə rəhbərliyi sövdələşməyə razılıq verib, lakin danışıqların hansı mərhələdə olmasını açıqlamayıb: "Biz bu məsələ ilə bağlı ABŞ tərəfinin qarşı addımlar atacağını gözləyirik".
Qeyd edək ki, "S-300" zenit raket kompleksləri İraqa qonşu olan ölkələr Suriya və İranda silahlanmadadır. İraqın daha bir qonşusu Türkiyədə isə "S-400" zenit-raket kompleksləri var.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
Türkiyə Rusiyanın “S-400” radarlarını sınaqdan keçirməyə başlayıb
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.