SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran-ABŞ arasında geniş miqyaslı əməliyyatlar ola bilərmi – politoloq şərh edir

Politoloq Fikrət Sadıxov deyir ki, bu vəziyyət regionda yerləşən dövlətlərin maraqları üçün də təhlükəli şərait yaradır
Sputnik

SEPAH İraqda ABŞ hərbi bazasına “Şəhid Süleymani” adlı əməliyyatı  ABŞ-ın iranlı generalın ölümü ilə əlaqədar hərəkətinə cavab olaraq keçirib. Bu barədə İran Ordusunun informasiya portalı məlumat yayıb.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, baş verənlər Yaxın Şərqdəki hadisələrin yeni mərhələyə keçdiyini göstərir: “Alovlanma davam edir və region çox mürəkkəb vəziyyətdədir. Bu vəziyyət regionda yerləşən dövlətlərin maraqları üçün də təhlükəli şərait yaradır. Beynəlxalq strukturlar vəziyyətin stabilləşməsini təmin edə bilərlər. Avropa İttifaqı vəziyyətə münasibət bildirməlidir. Bu vəziyyətin qarşısı alınmasa, genişmiqyaslı müharibə baş verə bilər”.

Qeyd edək ki, ötən gecə İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-ın İraqdakı bazası olan Eynül-Əsəd bazasına raketlə hücum edib. İran tərəfi azı 35 raketin atıldığı və 15 hədəfin vurulduğunu bildirir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz